Contact Us

Use the form on the right to contact us.

You can edit the text in this area, and change where the contact form on the right submits to, by entering edit mode using the modes on the bottom right. 

           

123 Street Avenue, City Town, 99999

(123) 555-6789

email@address.com

 

You can set your address, phone number, email and site description in the settings tab.
Link to read me page with more information.

LoveIsLove.jpg

AZAD lgbt Azerbaijan

                                         Xəbərlər

                                         Xəbərlər

                                      Materiallar

                                      Materiallar

                                      Bizimlə Əlaqə

                                      Bizimlə Əlaqə

2012-ci ildə yaradılmış AZAD lgbt təşkilatı Azərbaycanda LGBT haqlarının tanıdılması üçün çalışır. Yerli sənət adamları, yüksək media ifadəliliyi naminə maarifçilər və QHT nümayəndələri, təhsil resursları və öz dəstəyimizlə biz Azərbaycanda yaşayan LGBT icması üçün parlaq gələcək qurmaq məqsədini daşıyırıq
 

 

HAZIRKİ LAYİHƏLƏRİMİZ

Azərbaycan Çeçenistan üçün

17 May, 2017

Beynəlxalq Homofobiya və Transfobiya Əleyhinə Gün (IDAHOT) bütün dünyada LGBT aktivistlərin səylərini və gördükləri işləri işıqlandıran rəsmi bir gündür. Bu günün özəlliyinin daha bir göstəricisi odur ki, bu gün ən çox göz önündə olan və ən çox adı çəkilən təşkilat və insanlardan kənara çıxaraq digər ökələrdə yaşayan insanların da homofobiya və transfobiya ilə necə mübarizə apardıqlarına diqqət ayırır.

Azərbaycanda azlıq təşkil edən LGBT təşkilatlarından biri olan AZAD lgbt təşkilatı da bu günlə əlaqədar olaraq IDAHOT gününün rəsmi saytına bundan əvvəlki illər ərzində LGBT xarakterli tədbir, maarifləndirici və düşündürücü video material, incəsənət tədbirləri və s. ilə töhvə vermişdir. Bu il isə biz bir az fərqli yanaşma nümayiş etdirməyə çalışdıq. Çeçenistanda LGBT insanlara qarşı baş verən dəhşətlər global bir zərurət yaradıb və biz də bu insanların həyatını qurtarmaq üçün çalışmağa davam edən  insanlara əlimizdən nə gəlirsə o köməyi etməyə qərar verdik.

Toplayacağımız ianələrin 100%-i Çeçenistanda yaşayan LGBT insanlarıın digər yerlərə köçürülməsi işində əvəzolunmaz bacarıq sərgiləyən Rusiya LGBT Şəbəkəsinə göndəriləcək.

Bu ianə toplanma kampaniyası Rusiya və Qafqazdan olan LGBT filmlərin nümayişini təşkil edən New Queer Vision (Yeni Queer Baxışı) ilə birgə işimizdir. Filmlərin nümayişi İyunun 24-ü Londonda həyata keçiriləcək və biz fəxr edirik ki bu nümayişdə AZAD lgbt-nin yaradıcısı olan İsa Şahmarlının redaktəsi ilə çəkilmiş “Ğ” filmimiz də nümayiş olunacaq.


BENİM COCUĞUM sənədli filminin Bakı premyerası

 

Film nümayişi AZAD LGBT ilə Niderlandın Bakıdakı səfirliyinin birgə layihəsidir

“Mənim uşağım”, övladları LGBT (lezbian, gay, biseksual, transgender) nümayəndəsi olan Türkiyəli bir qrup ana və ataya həsr olunan və bu cəsur və ilhamverici valideynlərin hekayələrini izləyiciyə çatdıran bir sənədli filmdir. 
Bu filmdə mühafizəkar, homofob və transfob bir cəmiyyətdə bir tərəfdən valideyn və ailə o biri tərəfdən də aktivist olmanın nə demək olduğunu anladan yeddi valideynin bu yolda cəhdlərini izləyiciyə anlatmasına şahid oluruq. Övladlarını olduğu kimi qəbul etmənin çətin yolunu qətetməklə dayanmayan bu valideynlər, daha da irəli gedərək, bu təcrübəni digər LGBT ailələri və cəmiyyətlə paylaşırlar.

Filmin nümayişinə bu filmin yaradıcısı və bu filmdə iştirak edən bir Türkiyəli valideyn də qatılacaqdır. Filmdən sonra Sual-Cavab bölməsində filmlə bağlı suallarınızı onlara ünvanlaya biləcəksiz

ÜNVAN: Landmark binasının ikinci girişi, -4-cü (mənfi 4) mərtəbə. Xahiş olunur liftdən istifadə edin. Nizami küç. 90A (http://bit.ly/1nVfEwS) (Səməd Vurğun bağından aşağı)

Giriş PULSUZDUR! 
Əlaqə yaratmaq uçün bizə yaza bilərsiz! 


AZAD Dunyanın Uşaqları

Azərbaycan cəmiyyətinin böyük bir hissəsində LGBT insanların həyat tərzi və buna hörmət hissində dərin anlaşılmazlıq var. İnsanlar LGBT fərdlərini tənbəl, eqoist və başqaları haqqında fikirləşməyən bir qrup kimi qələmə verirlər. Biz daima insanlardan LGBT fərdlərin ətraf mühit, sosial işlər, könüllülük və digərlərinə yardım etmək kimi işlərlə maraqlanmadıqları haqqında eşidirk. Bütün bunlar insanların zaman-zaman ifadə etdikləri stereotiplərdir və AZAD lgbt bu kimi ifadələrə son qoymaq istəyir. 

Bu gündən etibarən Yeni İl bayramına kimi biz partnyorluq etdiyimiz yerli uşaq evlərindən birinə geyim, oyuncaq və məktəb ləvazimatları kimi hədiyyələr almaq üçün pul toplanması işinə başlayırıq. Toplanan vəsaitin 100%-i bu işə ianə ediləcək. Bakıda yaşayanlar pulu şəxsən təqdim etmək istəyirlərsə, bu da mümkündür! Bunun üçün bizə freelgbtaz@gmail.com ünvanına yaza bilərsiz! 

Ümid edirik bu layihə uşaqlara Yeni İl hədiyyəsi çatdırmaqla yanaşı Azərbaycanda mövcud olan LGBT icmasının da ölkənin gələcəyində mühüm rol oynadığını göstərmiş olacaq


'O'

“Danışıq Dilimizdə Cinslər Fərqinə Fikir Verilmir, Bəs Onda Həyatda Niyə Belə Fərqlər Qoyuruq?”


Bu mesaj Azad LGBT Azərbaycan təşkilatının azadaz.org saytındakı Alətlər bölməsinin təbliğatında ən böyük diqqət ayırdığı məsələdir. “O” sözü (Azərbaycanın cinsiyyəti ifadə etməyən lakin digər dillərdə məsələn ingilis dilindəki kimi he – o (kişi), she – o (qadın), it – o (cansız əşyalar)) ətrafında cəmləşən bu kompaniya xüsusilə Azərbaycan üçün xüsusi mənaya malikdir. “Bu saytı bu ayın əvvəli açanda biz Azərbaycanda LGBT haqlarına fərqli baxış nümayiş etdirməyə çalışdıq“ Azad LGBT-nin hazırlkı sədri Lala Mahmudova. “Amerika və Avropada həyata keçirilən kompaniyaları götürüb Azərbaycanda işləməkdənsə biz bir az geri çəkilib Azərbaycanda lgbt icması üçün işləyə biləcək və həyata keçməsi mümkün olacaq layihələr haqqında fikirləşməyi qərara aldıq.”


SƏNİ SEVƏN BİRİ VAR

İsa Şahmarlının intiharından bir il keçməsinə həsr olunmuş qısa film 

Biz bu videonu keçən il həyatına son qoyan və sevginin gücünə hədsiz inanan dostumuz İsa Şahmarlının əziz xatirəsinə həsr edirik. Bu video bizim çıxılmaz vəziyyətlərdə və necə ümidsiz hiss elədiyimiz vaxtlarda təkrar bir də düşünməyimiz haqqındadır. Həmişə bizim ehtiyacı olduğumuz və bizə ehtiyacı olan kimsələr və məvhumlar vardır.


SON XƏBƏRLƏR

Minority Jurnali


ƏVVƏLKİ LAYİHƏLƏRİMİZ

                                            Foto

                                            Foto

                                           Video

                                           Video

                                      Müsahibələr

                                      Müsahibələr