Contact Us

Use the form on the right to contact us.

You can edit the text in this area, and change where the contact form on the right submits to, by entering edit mode using the modes on the bottom right. 

           

123 Street Avenue, City Town, 99999

(123) 555-6789

email@address.com

 

You can set your address, phone number, email and site description in the settings tab.
Link to read me page with more information.

IMG_1...jpg

News

A collection of news related to LGBT issues in Azerbaijan from all over the internet

 

Dekabrın 1 Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

AZAD lgbt

AZAD LGBT Azərbaycan

AZAD LGBT Azərbaycan

PULSUZ və ANONİM müayinədən keçmək üçün bu linkdə göstərilmiş ünvanlara müraciət edə bilərsiz: 👉🏼 http://aids.az/az/aboutus/kmm/ 

   Hər il dekabr ayının 1-də Ümumdünya AİDS(QIÇS) günü qeyd edilir. HİV(QİÇS/SPID) infeksiyası pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemidir. QİÇS Azərbaycan üçün də ən təhlükəli sayılan cinsi yolla yoluxan xəstəliklərdəndir.

QİÇS haqqında ətraflı! 👇🏼

QİÇS- in ÖTÜRÜLMƏ YOLLARI: 

  • Yoluxma üçün kifayyət miqdarda İİV(QİÇS virusu) orqanizmin 4 (dörd) mayesində olur: qan, sperma, vaqinal maye və ana südü.
  • QİÇS virusuna yoluxmuş qanın və onun komponentlərinin köçürülməsi, yaxud orqanların və toxumaların transplantasiyası zamanı;
  • Inyeksiya, yaxud tatuaj və pirsinq zamanı qeyri-steril ləvazimatlardan (iynə, şpris və s.) istifadə etməklə;
  • Qan qalıqları olan alət ilə (məsələn, skalpel, üz qırxan ülgüc, qayçı, diş fırçası və s.) dərinin və selikli qişalarının zədələnməsi zamanı yoluxma mümkündür
  • Ən yüksək yoluxma təhlükəsi QORUNMAMIŞ ANAL CİNSİ ƏLAQƏ ZAMANI qeyd olunur, qorunmamış oral cinsi əlaqə zamanı yoluxma təhlükəsi azdır;

QİÇS-ə yoluxmuş anadan uşaqa hamiləlik dövründə, doğuş vaxtı, döşlə əmizdirmə zamanı yoluxa bilər

QİÇS virusu ÖTÜRÜLMÜR:

  • Məişət yolu ilə (ümumi qab-qacaq, dəsmal, yataq dəstləri vasitəsi ilə, ümumi tualet və vanna otaqlarından istifadə etdikdə və s.)
  • Öpüşəndə və qucaqlaşanda;
  • Nüfuz etməyən cinsi əlaqə zamanı
  • Tüpürcək, tər, göz yaşı, sidikdən praktiki olaraq İİV(QİÇS virusu) ilə yoluxma mümkün deyil, çünki bu mayelərdə virusun miqdarı yoluxma üçün kifayyət qədər deyil.

Virus ətraf mühitin amillərinə (temperatur və s) qarşı davamsızdır və onların təsiri altında tez bir zamanda məhv olur.

QİÇS virusundan necə QORUNMAQ olar?

  • Təsadüfi cinsi əlaqəlardən çəkinin və ya MÜTLƏQ PREZERVATİVDƏN İSTİFADƏ EDİN!
  • Narkotik qəbul etməkdən imtina edin və ya yalnız birdəfəlik şpris və iynələrdən istifadə edin.
  • Spirtli içkiləri qəbul etməkdən çəkinin. Sərxoş halda təsadüfi cinsi əlaqələrin baş verməsi daha çox olur.
  • Diş və qadın həkimlərinə müraciət etdikdə, onların əlcək taxmasına və tibb alətlərinin sterilizə olunmasına əmin olun, 
  • Gözəllik salonları və bərbərxanalarda kəsici alətlərin (manikür alətləri, ülgüc və s.) dezinfeksiya olunmasına əmin olun. Üzərində qan izləri qala bilən tualet əşyalarından istifadədən çəkinin
  • • Üz qirxma zamanı birdəfəlik lezviyalardan istifadə olunmasını tələb edin.
  • Həmyaşıd və yaxınlarınızla QİÇS (SPİD) haqqında danışmaqdan çəkinməyin.  

Xəstəliyin müalicəsi haqqında daha çox öyrənmək üçün baxın: http://aids.az/…/qi…/%C4%B0%C4%B0V_infeksiyasinin_mualicesi/ 

Yuxarıdakı məlumatlar üçün Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mübarizə Mərkəzinin rəsmi saytından istifadə edilib. Mərkəzin QAYNAR XƏTTİ: (+994 12) 408 79 74

#AZADlgbt #QİÇS #SPİD #Azerbaijan #QIÇSqaynarxətt

"Anam və atam hər zaman yanımdadır və mənə dəstəkdirlər!"

AZAD lgbt

Foto 2011-ci ildə Türkiyədə keçirilən LGBT yürüşündəndir

Foto 2011-ci ildə Türkiyədə keçirilən LGBT yürüşündəndir

"Anam Atam yanımdadır və mənə dəstəkdirlər! Gәnәl әxlaqdan kimә nә!?"

Hala olsun bu gәncә vә onun ailәsinә!!!

...

Ailә nәdir bilirsәn? Atalıq nәdir bilirsәn?

Anaları deyә bilmәrәm çünki bir çox analar övladlarını necә var elә qәbul edir vә etmәlidilәr dә!!!

Bir çox atalar isә "cәmiyyәt" ilә hәrәkәt edir ailәdә deyilәn yox "cәmiyyәt" (әtrafı) deyәn maraqlıdır ona.

Siz siz olun, gәnc nәsillәr, belә mәsәlәlәri yaxşı fikirlәşin vә sonra ailә hәyatı qurun.

Axı kimdir ki bu cәmiyyәt, mәnim ailәmdәn mәnә irәlidir?

Xeyr!

Bir çox müşahidәlәrә görә əfsuslar olsun ki, Azәrbaycanda ailә mәsәlәlәrinә qıraqdan müdaxilә çoxdur.

Hәr kәs öz ailәsilә maraqlansa yaxşı olmazmı?

Sizin o cәmiyyәt dediyiniz siz bu həyatda olmayandan sonra sizi ya xatırlaya ya da xatırlamaya, ama ailә üzvləriniz sizi heç vaxt unutmayacaq.

Analar vә Atalar, övladlarınızı gәlir mәnbәyi kimi yetişdirmәyin әsla!

Kimlәrinsә sözü ilә uşaqlarınıza әl qaldırmayın!

Heç vaxt uşaqlarınızı kiminsә sözü altda qalmağına şәrait yaratmayın!

Әgәr uşaqlarınızın tanış olduğu dostları varsa çalışın O dostun özü ilә ünsiyyәtdә olun vә baxın görün örnәk ola biləcək uşaqdırmı? Digərlərinə qarşı hörmətlə yanaşan bir dostdurmu?

Valideyinlәr, uşaqlarınızın gәlәcәyi sizin әlinizdә! Bu dediklәrimi yaxşı fikirlәşin vә köhnә fikirli olmayın artıq dәdә-baba qara torpaqda,  oların yox indi sizin dövrünüzdür vә siz gәlәcәk nәsillәrә örnәk olmalısız!

Çalışın uşaqların yanında mübahisә etmәyin, uşaqlarınızın psixoloji gәrginliyә düşmәsini istәməzdiz yәqin ki.

Əgәr övladlarınızın uğurlu gәlәcәyi olmağını istәyirsizsә, hәr zaman övladlarınıza dәstәk olun vә onun fikirlәrinә hörmәtlә yanaşın.

Göndərən: Ali Məmmədcəfərov 

 

Transgender şəxslərə etiraf etməklə bağlı məsləhətlər

AZAD lgbt

  1. Hiss etdiyin kimliyində heç bir səhvlik yoxdur. Trans bir şəxs olmağın yalnız bir forması da yoxdur, insanların “transgender” anlayışından fərqli müxtəlif cür trans hisslərə sahib ola bilərsən

  2. Özünü etirafa hazırla - Ən çox da müxtəlif cavablar eçidəcəyini bil və onlara cavab verməyin yollarını indidən axtar. Ən pozitiv reaksiyalar belə sənin ümid etdiyin qədər pozitiv olmaya bilər. Təəssüf ki, sənə qarşı bəzi reaksiyalar o qədər də ürəkaçan olmayacaq, o üzdən özünə sənin kimi insanların olduğu bir mühit tap və orda sosialaş.

  3. Tibb ilə maraqlan - Bəzi trans insanlar heç vaxt cinsi dəyişmək əməliyyatı yerinə yetirmək istəmir, amma əgər sən bunu istəyirsənsə və yerinə yetirmisənsə ətrafında olan klinikaları nəzərdən keçir, daima sağlamlığına nəzarət imkanları haqqında məlumatlan. Bəzən isə biiz özümüz özümüzün həkimi olmalıyıq.

  4. Digər trans şəxlərlə əlaqə yaratmağa çəkinmə - Bəzən hər bir transgender şəxs məsləhət verməyə qadir olmur, narahat olma, digər bir trans şəxs tapmağa çalış. Transgender bir şəxsin fikrinə görə, hər zaman kömək istəmək asan olmasa da, çox vaxt trans icması arasında birinin yaxşılığına digər birinə yaxşılıq etməklə cavab vermək kimi bir prinsip var.

  5. Ətrafında olan qanun və qaydalardan məlumatlı ol - Əgər düşünürsən ki səni müdafiə edəcək bir qanun var, onda onu öyrənməyə çalış.

MENIM ÖVLADIM…

AZAD lgbt

Bugün- 5 fevral tarixində Hollandiya səfirliyinin dəstəyi ilə, Azad LGBT və Nəfəs LGBT birlikdə əməyi və Bakının 7 rəngi-nin sosial dəstəyi ilə Benim Çoçuğum adlı sənədli filmin təqdimatı baş tutub. Filmə gələ bilməyənlər üçün öz təəssüratlarımı qısaca bildirmək istəyirəm. Bu film gecəsinin təşkilatı məsələləri ilə bağlı çox danışmaq olar.

Read More