Contact Us

Use the form on the right to contact us.

You can edit the text in this area, and change where the contact form on the right submits to, by entering edit mode using the modes on the bottom right. 

           

123 Street Avenue, City Town, 99999

(123) 555-6789

email@address.com

 

You can set your address, phone number, email and site description in the settings tab.
Link to read me page with more information.

News

A collection of news related to LGBT issues in Azerbaijan from all over the internet

 

“Homoseksual doğulmaq seçimim deyil”

AZAD lgbt

“Bu mənim seçimim deyil. Məsələn heteroseksual qadın və ya kişi olmaq necə sizdən asılı deyilsə, homoseksual olaraq doğulmağım da məndən asılı deyil. Vücudumun varoluşu belədir.”

Bu sözlər İsa Voland kimi təqdim olunmasını istəyən gənc müsahibimizə aiddir. Onun 20  yaşı var, tələbədir. Bildirir ki , qarşı cinsə heç vaxt marağı olmayıb.  16-17 yaşlarında əmin olub ki, oğlanlar onun diqqətini cəlb edir. O, məsələni ailəsinə də açıqlayıb.

Anamla ilk danışmışam. Anam bir az belə, xəstə kimi baxırdı. Söhbətlər axşam olmuşdu. Səhər isə mən ona internetdən dünya çapında psixoloqların rəylərini, həkimlərin rəylərini göstərdim. Yenə də deyirdi, mən ümid edirəm ki, yaxşı olacaqsan.  Atam bilir,  psixoloqun rəyini də bilir, amma bu barədə heç nə danışmamışıq.

İsa deyir ki, cəmiyyətdə hansısa bir məsələ ilə bağlı fikir bildirmək istəyəndə onun homoseksual olmasını qarşısına sədd olaraq qoyurlar. Psixoloq məsləhətindən istifadə etməyi tövsiyyə edirlər. Ancaq həmin insanların özləri daha çox psixoloji təziq etdiklərini anlamırlar. Bu isə sənin cəmiyyətdən təcrid olunmağına və psixoloji gərginlik yaşamana gətirib çıxardır. Bu məsələdə isə yaxın dostlarının pis rəftarı xüsusi təsirə malikdir.

Onlar  ailəmdən belə qatı davrandılar. Başladılar  mənim bütün dost-tanışlarıma yaymağa , bütün sinif yoldaşlar, qrup yoldaşlar, müəllim… İndiyə qədər də universitetdə kim varsa, ilk tanışdıqları adama belə  deyirlər ki, İsa homoseksualdır. Qrup yoldaşım, hətta,  universitetin qabağında məni döymüşdü ki , sən kişiliyə təhqirsən.

İsa gələcəyi barədə tərəddüd içində olduğunu deyir.  Ölkəni tərk etmək istəsə də, bir o qədər də qalmaq istəyir. Deyir ki; “ Mənim də arzularım var, mənim də təhsil, karyera planlarım var. Ailəm məni nə qədər qəbul eləsə də cəmiyyəti düşünür. Bilirlər ki, mən burda istədiyim həyatı yaşaya bilməyəcəm.”  Səbəbini isə belə açıqlayır. -Gencleri Sesi Radiosu