Contact Us

Use the form on the right to contact us.

You can edit the text in this area, and change where the contact form on the right submits to, by entering edit mode using the modes on the bottom right. 

           

123 Street Avenue, City Town, 99999

(123) 555-6789

email@address.com

 

You can set your address, phone number, email and site description in the settings tab.
Link to read me page with more information.

News

A collection of news related to LGBT issues in Azerbaijan from all over the internet

 

Səkinə Qərib. "İsanı öldürən insanlıq"

AZAD lgbt

Cəmiyyət özünə bənzəməyənləri sevmir. Həyatımda təsdiqini tapan və dəyər verdiyim cümlədir. Fərqlilik özünü müxtəlif cür biruzə verir və istənilən şəkildə bəyənilmir. Fərqlisənsə, təksən. Fərqliliyin növlərini saymaq fikrim yoxdur. Amma məni narahat edən, hardasa incidən bir mövzuya toxunmaq istəyirəm. Eynicinslilərin münasibəti. Həyatı başqa rəngdə görən, göyqurşağı kimi rəngli bu insanları “gay”-gey adlandırırlar. Onlarla xeyli söhbətim, müzakirəm olub. Cəmiyyət tərəfindən incidilən, qəbul edilməyən, sındırılan  bu insanlar haqqında əminəm ki, siz də mənfi fikirdəsiz. Onların iç dünyasından,  şəxsiyyətindən, hisslərindən xəbərsiz qınadığınız bu insanların düşündükləri sizə heç maraqlı deyilmi?!    Onların həyatını, düşüncələrini qələmə almaq, fikirlərini sizinlə bölüşmək qərarına gəldim. Müsahibim onlardan biridir.

-Səncə naturallar geylərdən, geylər naturallardan nə istəyir?

-Bilirsən, naturallar geylərə fahişə kimi baxıb bizi belə qələmə verirlər. Onların bizim haqqımızda düşüncələri büsbütün yanlışdır.  Ən acınacaqlısı budu ki, bizi cəmiyyət içində alçaldan, təhqir edən  bu adamlar, bizə təklikdə yatma təklif edir. Onlar riyakardırlar. Təbii bu saydıqlarımı bütün naturallara aid etmirəm, amma belələri azərbaycanda çoxdur. Geylərin naturallardan nə istədiyinə gələndə isə, istədiyimiz sadəcə xoş rəftar, seçimimizə hörmətdir və məncə hətta bizi qəbul etmirlərsə də, hörmət etməlidirlər.

-Simvolunuz göy qurşağıdır...

-Hə, çünki biz dünyanı rəngləndirmək üçün varıq.

-Bəs nədir göy qurşağı?

Mənə görə göy qurşağı insanları, insanlığı ifadə edir və məncə onun yeddi yox, doqquz rəngi var. Çünki ağ və qara olmadan insanlığı təsəvvür etmək olmaz. Pislik və yaxşılıq qara və ağ rənglə ifadə olunub orda.

-Bəs sevgi?

-Yaşıl. Bu rəng məsumiyyət rəngidi məncə, sevəndə məsum oluruq axı.

-Ətrafdakı insanlara gey olduğunu bildirməkdən çəkinirsən?

- Baxır vəziyyətə. Qarşı cinsdən olan insanlara heç vaxt ümid verməmişəm, çünki qəlb qırmaqdan qorxuram. Çox qadınlar olub ki, mənə vurulublar,  gey olduğumu demişəm, bunu gizlətmək əclaflıqdır. Amma məsələn oxuduğum universitetdə bunu bilmirlər. Qrupda ən yüksək bal yığan, ən yaxşı oxuyan mənəm, kifayət qədər hörmətim də var. Amma bilirəm ki, onlar bunu bilsələr məni alçaldacaqlar, özlərindən uzaqlaşdıracaqlar. Ona görə də bəzən bunu gizlətmək məcburiyyətində qalıram.

-Naturallarla dostluq alınır səndə?

-Əlbəttə. Mənim 10-15 natural dostum var və onlarla çox gözəl münasibətdəyik. Mən hətta gey dostlarımla paylaşmadıqlarımı, bölüşmədiklərimi onlarla bölüşürəm. Bizi heç bir seksual istək bağlamır. Onlar sadəcə seçimimə hörmətlə yanaşır və yaxşı insanlardırlar.

-Həmcinslərinə qarşı hisslərin olduğunu nə vaxt anladın?

-Özümü dərk edəndən. Elə uşaq vaxtından qızlarla oynayırdım. Ailəmdə də qadınların ətrafında böyümüşəm. Atam işiylə əlaqədar demək olar ki, evdə olmurdu. Mən də anamın, nənəmin, xalalarımın yanında böyüyə-böyüyə qadın xarakterlərini mənimsədim. Mənimlə həmyaşıd oğlan uşaqları oyuncaq dükanında əlini maşınlara uzadanda, mən kukla istəyirdim. Sonralar əynimə anamın paltarlarını geyinib qadın kimi yeriməyə başladım. Məktəbə gedəndə isə mən qızlara yox, oğlanlara baxırdım. Bütün bunların nə olduğunu başa düşmürdüm, gey anlayışı haqqında da bilmirdim. On səkkiz yaşımda hər şey mənə məlum oldu.

-Bəs valideynlərin bu haqda öyrənəndə necə reaksiya verdilər?

-Anam biləndə məni zəhərləyib öldürmək istəmişdi. Atamsa evdən qovdu. Bu qədər.

-İnsanlar qəddardı səncə?

-Mən ümumiləşdirmək istəmirəm. Bilirsən, qəddarlıq təkcə cinayət törətməklə, vurmaqla, döyməklə ifadə olunacaq bir şey deyil. Qəlb qırmaq da qəddarlıqdı. Məsələn elə bizə qarşı olunan ayrıseçkilik, alçaldıcı sözlər özü qəddarlıqdı. Amma bütün bunlara görə mən insanları qəddar yox, cahil adlandırardım.

-Yaşadığımız ölkədə sizlər azad deyilsiniz. Cəmiyyət içində əl-ələ gəzmək kimi hüququnuz yoxdu. Heç bunu arzulamısan?

-Yox, bizim ölkədə bu mümkün deyil. Belə bir sərbəstlik olsa.,hər gün cinayətlər işlənəcək. Naturalların əl-ələ gəzməsini anormal qarşılayan cəmiyyətdən belə bir şey ummaq ağılsızlıqdı.

-Səncə allah səni gey olduğun üçün sorğulayıb cəzalandıracaq?

-Mən müsəlmanam, digər geylər kimi digər dinlərə yönəlməmişəm.  Quran da oxumuşam və bilirəm ki, bu etdiklərim, seçdiyim həyat tərzi günahdır. Amma məncə allah məni bağışlayacaq.