Contact Us

Use the form on the right to contact us.

You can edit the text in this area, and change where the contact form on the right submits to, by entering edit mode using the modes on the bottom right. 

           

123 Street Avenue, City Town, 99999

(123) 555-6789

email@address.com

 

You can set your address, phone number, email and site description in the settings tab.
Link to read me page with more information.

Cənubi Qafqazın Geyləri: Oxşar Dərdlər

News

A collection of news related to LGBT issues in Azerbaijan from all over the internet

 

Cənubi Qafqazın Geyləri: Oxşar Dərdlər

AZAD lgbt

Nicat Rzayev də Azərbaycanda LGBT-ın gələcəyinə ümidli baxdığını deyir. "Çünki artıq insanlarımız bu mövzuda öyrənir, məlumat toplamağa başlayıb. Homoseksuallıq haqqında olan mühafizəkar fikrin yavaş-yavaş yox olduğunu müşahidə edirəm".

18 yaşı olan Rzayev hazırda tələbədir və filologiya ixtisası üzrə təhsil alır. "Mən artıq 12 yaşım olanda homoseksual olduğumu qəbul etdim və bunu heç kimdən gizlədə bilməyəcəyimi düşündüm. Ona görə də ətrafımda olan ən yaxın insanlara cinsi oriyentasiyam barədə etiraf etmək qərarına gəldim," Rzayev deyir.

O, gey olduğunu biləndən sonra valideynlərinin ona olan münasibətinin tamam dəyişdiyini və soyuduğunu deyir. "Atam məni qız kimi olduğuma görə qəbul edə bilmirdi. Lakin mən ümidimi itirmədim və bu günə qədər heç vaxt intihar barədə düşünməmişəm".

Hazırda o, ətrafındakı hər kəslə çox yaxşı münasibətlərinin olduğunu deyir.

Rzayev həm də ictimai fəaldır. O, 2013-cü ildən bəri Azad LGBT təşkilatında fəaliyyət göstərir. Bu təşkilatın əsasını intihar etmiş İsa Şahmarlı 2012-ci ildə qoyub.

"Təşkilatımız tərəfindən bəzi maarifləndirici tədbirlər keçirilir. Deyə bilərəm ki, fəaliyyətimiz sahəsində bir çox homoseksual artıq özünü daha rahat hiss edir," Rzayev bildirir.

O deyir ki, Azərbaycanda homofobiyanın kökündə "insanların maarifsizliyi" durur. "İnsanlar homoseksuallığı psixi xəstəlik hesab edir. Təəssüf ki, bir çox jurnalist və siyasətçilər homofob mövqelərini açıq şəkildə ortaya qoyurlar".

Hazırda Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınmış heç bir LGBT təşkilatı olmasa da, LGBT ilə bağlı layihələri həyata keçirən dörd təşkilat və bir sıra klub fəaliyyət göstərir.

Fəaliyyətdə olan Azad LGBT təşkilatına Lalə Mahmudova rəhbərlik edir. O, hazırda ABŞ-da Gender və Qadın Tədqiqatları sahəsində magistr təhsili alır.

LGBT haqlarının müdafiəçisi olan Mahmudovanın sözlərinə görə, Azərbaycanda geylərin ən böyük problemi işsizlikdir. "Çoxları məhz gey olduğu üçün iş tapa bilmir və buna görə də ciddi problemlərlə üzləşir".

Təşkilatın əvvəlki sədiri olan İsa Şahmarlı 2014-cü ilin yanvar ayında işlədiyi ofisdə özünü rəngarən “qürür bayrağı” ilə asıb intihar etmişdi.

İsa Şahmarlının intiharından sonra Azad LGBT təşkilatına rəhbərlik edən Mahmudova deyir ki, "Şahmarlının ölümü LGBT sahəsində böyük dirçəlişə səbəb olub".

“...Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil,” İntahar etməzdən öncə Şahmarlı Facebook hesabında bunları yazmışdı.

Ölümündən öncə mətbuata verdiyi müsahibədə o, homoseksual olduğu üçün yaxınları tərəfindən və universitetdə təzyiqlərə məruz qaldığını bildirirdi.

Lalə Mahmudova deyir ki, Bakıda bölgələrə nisbətən homoseksuallar müəyyən qədər azaddır. "Bölgələrdə vəziyyət daha acınacaqlıdır. Hətta LGBT fərdi özünün niyə digərləri kimi olmadığını anlaya bilmir və ətrafdakıların nifrət davranışları ilə üzləşir," Mahmudova bildirir.

Onun sözlərinə görə, LGBT sahəsində Türkiyə və Gürcüstandakı təşkilatlarla da əməkdaşlıq edirlər.

Azərbaycanda homoseksuallığa görə cəza Cinayət Məcəlləsindən 2001-ci ildən çıxarılıb. Azərbaycan rəsmiləri ölkədə homoseksuallara mənfi münasibət bəslənməsi haqda məlumatları təkzib edirlər.