Contact Us

Use the form on the right to contact us.

You can edit the text in this area, and change where the contact form on the right submits to, by entering edit mode using the modes on the bottom right. 

           

123 Street Avenue, City Town, 99999

(123) 555-6789

email@address.com

 

You can set your address, phone number, email and site description in the settings tab.
Link to read me page with more information.

IMG_1...jpg

News

A collection of news related to LGBT issues in Azerbaijan from all over the internet

 

Filtering by Tag: meisetzorakiligi

Məişət zorakılığında qürur duyacaq heç nə yoxdur!

AZAD lgbt

Məişət zorakılığı eynicinsli cütlüklər arasında da ən geniş yayılmış problemdir. LGBT cütlüklər arasında baş verən zorakılıq, döyülmə, birinin digərinə psixoloji basqısı və ya idarə etməsi qadın və kişi arasında baş verən məişət zorakılığı faizinə bərabərdir.

LGBT cütlüklər arasında baş verən zoraılıq çox vaxt şikayət edilmədiyindən bu haqda məlumatı olan azdır. Bunun da öz səbəbləri var:

  1. LGBT olduğunu digərlərinə yaymaq hədə-qorxusu: Zorakılığı törədən çox vaxt zorakılığa məruz qalanın gey və ya lezbian olduğunu digərlərinə deyəcəyi ilə qurbanı hədələyir. Əgər zorakılığa məruz qalan özü də özünün LGBT fərdi olduğunu gizli saxladığından başına gələnləri digərlərinə deyə bilmir.

  2. Zorakılığıa məruz qalan öz gey partnyorunu polisə və digər orqanlara vermək istəmir, qorxur ki sonra onu gey icmasında qınayarlar və izolə olunar. Ona onlardan birini polisə verdiyi üçün yaxşı münasibət bəsləməzlər.

  3. Zərərçəkən çox vaxt özünü qınayır. Fikirləşir ki o məhz transgender, lesbian və ya gey olduğu üçün şiddətə məruz qalır. Əgər LGBT olmasaydı ona belə münasibət qoyulmazdı. Və burdan da daxilən günahı özündə görməyə, LGBT olduğuna görə daxili fobiya hiss edir.

  4. LGBT cütlüklər arasında olan şiddətin hamı tərəfindən bilinməməsinə daha bir səbəb də LGBT insanların polisə şikayət etməyə qorxmaqlarıdır. Çünki polis və hüquq mühafizə orqanları LGBT fərdi elə onlara müraciət edən zaman homofob kəlmələrlə qarşılaya bilər və homofob münasibət göstərər bilərlər.

LGBT cütlüklər arasında baş verən zorakılıq və şiddət heteroseksual, lgbt olmayan cütlüklər arasında baş verən şiddətlə eynidir. Həmçinin bura övladı və ya bacı-qardaşları LGBT fərdi olduğu üçün onlara şiddət edən ailə üzvlərini də əlavə etmək lazımdır.

Məişət zorakılığı nədir və hansı hallarla özünü biruzə verir?

  1. Məişət zorakılığı yaşayan ailə və cütlüklərdə fiziki şiddət, emosional zorakılıq və neqativ psixoloji davranışlar tsiklik olaraq təkrar olunur ki bunlar da şiddət qurbanını izolyasiya, qorxu və günah hissi ilə baş-başa qoyur.

  2. Zorakılığı törədənlərin çox vaxt ciddi psixoloji problemləri olur və özləri də uşaqlıqdan zorakı mühitdə böyüyürlər. Yəni uşaqlıqdan atalarının ana və bacı-qardaşlarına qarşı şiddətni görüb ondan öyrənirlər və özləri də çox vaxt elə uşaq yaşdan zorakı ola bilirlər.

  3. Məişət zorakılığı zamanı psixoloji zorakılıq da daha çox təsir edir çünki şiddət göstərən onun bu haqda danışmasına mane olur, qadağa qoyur və bunu edəcəyi təqdirdə ona daha pis nəticəsi olacağı haqda hədə-qorxu gəlir.

  4. Fiziki şiddətlə bərabər çox vaxt cinsi zorakılıq da baş verir.

  5. Sosial təbəqəsindən asılı olmayaraq, yəni varlı-kasıb, şəhərli və ya kəndli hər kəs məişət zorakılığı ilə üzləşə bilər.

Məişət zorakılığı ilə üzləşdiyiniz zaman nə edə bilərsiz:

Yadda saxlayın ki siz zorakının şiddətini dayandıra bilməyəcəksiz, yalnız zorakı bunu dayandıra bilər. Lakin öz təhlükəsizliyinizi qorumaq üçün bəzi hazırlıq, planlama işləri görə bilərsiz. Hər bir kəs kimi sənin də məişət zorakılığından qurtulmağa haqqının olduğunu unutma. Zorakılıqdan qurtarmaq üçün zorakıyla yaşadığınız evi tərk etməyin yollarını düşünün. İnandığınız şəxslərə zorakılığın baş verdiyini xəbər verin. Həmişə zorakılıqdan qaçmaq üçün (taksi və s. üçün) özünüzlə müəyyən miqdarda pul yığıb saxlayın. Əsas sənədlərinizi və uşağınız varsa onun sənədlərini bir çantada hazır yerdə saxlayın. Dəyişik geyim və istifadə etdiyiniz əsas gündəlik əşyaları bir çantada hazır saxlayın. Zorakılıqdan qaçan zaman hara və kimin yanına gedəcəyinizi əvvəlcədən planlaşdırın.