Contact Us

Use the form on the right to contact us.

You can edit the text in this area, and change where the contact form on the right submits to, by entering edit mode using the modes on the bottom right. 

           

123 Street Avenue, City Town, 99999

(123) 555-6789

email@address.com

 

You can set your address, phone number, email and site description in the settings tab.
Link to read me page with more information.

IMG_1....jpg

BİZİMLƏ ƏLAQƏ

English | Azerbaycani

Sizdən hər zaman eşitməyə şad olarıq. Bizə hər hansı layihə ideyanızı bildirmək, bizim necə yaxşı çalışmamız üçün məsləhət vermək və yaxud sadəcə danışmaq üçün yazın

 
 

HAQQIMIZDA

Azərbaycan Azad LGBT Təşkilatı 2013-cü ilin mart ayından öz fəaliyyətinə başladı. Başladığı ilk gündən LGBT-li insanların hüquqlarının qorunması uğrunda bir sıra işlərə imza atdı. 
Mərhum yaradıcısı İsa Şahmarlı olan Azad LGBT Azərbaycan təşkilatı məhz onun birbaşa başçılığı ilə günü-gündən artan və bir-birindən maraqlı aksiyalara start verdi. Azad LGBT olaraq ən geniş təbəqəni əhatə edən layihələrdən biri İsa Şahmarlının Azərbaycanda ilk dəfə mediaya açıq şəkildə LGBT hüquqlarından müsahibələr verənlərdən biri olması idi. O bu müsahibələrdə Azərbaycanda yaşayan lezbiyan, gey, trans və biseksualların problemlərindən, onların bu cəmiyyətdə necə və hansı şəkildə yaşaya bilmələrindən söz açırdı. LGBT insanların həyati problemlərini öz timsalında bütün insanlara çatdırır, onların hüquqlarının tanınması üçün fəal şəkildə çağırışlar edirdi. Bunun məhz Azərbayca daxilində həyata keçirmək üçün çalışdı, Azərbaycanı tərk etmək imkanının dəfələrlə çox olmasına baxmayaraq.

LGBT icması insanlarının Azərbaycan cəmiyyətində digər insanlar kimi cinsi orientasiyasının sorğulanmamış şəkildə rahat yaşamaq haqqının tanınması yolunda Azad LGBT Azərbaycan təşkilatının növbəti maarifləndirmə işi isə, xüsusilə gənc nəslin bu sahədə biliklərinin artırılması məqsədilə təşkil olunmuş LGBT Film Gecələri layihəsidir. Bu film gecələrində xüsusi gün olaraq LGBT film gününü təşkil etmiş İsa Şahmarlı bu mövzuda göstəriləcək hər bir filmdən əvvəl dəvət olunmuş psixoloq nitqindən istifadə edərək, məsələyə daha elmi yanaşmaya nail ola bilmişdir. 

İsa Şahmarlı bu sahədə çox yaradıcı və daimi axtarışın bəhrəsi olan biliyə malik olduğu üçün, maarifləndirmə yolunda atdığı növbəti layihə isə qısa film layihəsi oldu. Ssenari, musiqi, quruluş və tərtibati işlərinin hər birinin özü tərəfindən yerinə yetirən İsa Şahmarlı, hətta bu filmdə baş rolu özü oynadı. Filmin adı isə eşidəndə insanlarda sual hissləri yaradan sadəcə bir hərfdən ibarət idi - “Ğ”. Buna öz açıqlamasını gətirən İsa filmin bu şəkildə adlanmasını Azərbaycan dilinin söz quruluşunda ğ hərfinin heç bir zaman başda gəlmədiyini göstərmiş və filmin bu cür adlandırılmasının onun mövzusu və qeyri - adiliyi kimi fərqli olduğunu vurğulamışdır. 
İsa Şahmarlının yerinə yetiriləcək ideyaları bunlarla bitmirdi. Onun vaxtsız intiharı ilə bütün bu ideyalar yarıda qaldı. Lakin İsa Şahmarlının gələcəyinə böyük ümidlər bəslədiyi Azad LGBT Azərbaycan təşkilatı onun ölümündən sonra da LGBT-li insanların hüquqlarının qorunması və tanınması uğrunda işlərini davam etdirdi. İsanın ən məhşur və sevdiyi “Sevgi elə Sevgidir” sözlərini lahiyənin adı seçərək növbəti maarifləndirmə məqsədli şəkil kampaniyasına start verdi. Azərbaycan da daxil olmaqla bu layihəyə dəstək məqsədilə bütün dünyadan 400-ə yaxın insan öz dəstək şəkillərini layihəyə göndərdi. Bu da onu göstərir ki, Azərbaycanda və dünyada LGBT-li insanları dəstəkləyən neçə-neçə insanlar var. Biz tək deyilik və biz bütün bu insanlarla güclüyük