Contact Us

Use the form on the right to contact us.

You can edit the text in this area, and change where the contact form on the right submits to, by entering edit mode using the modes on the bottom right. 

           

123 Street Avenue, City Town, 99999

(123) 555-6789

email@address.com

 

You can set your address, phone number, email and site description in the settings tab.
Link to read me page with more information.

999079_609232385764048_932268872_n.png

Interviews

Anonymous interviews with Azerbaijan's LGBT community. This project gives people a safe space to share their stories, learn more about daily life in Azerbaijan, and connect. If you're interested in participating please write us at freelgbtaz@gmail.com

üçüncü müsahibə

AZAD lgbt

Normal qarşilayanlara heç bir pis təsiri yoxdur. Çünki onlar anlayırlar ki cəmiyyətdə onlar kimi kişi və qadın sevgisi ilə yanaşı homo sevgisi də var.

Azərbaycanda yaşayan LGBT insanların başa düşülməsinə və qəbul edilməsinə yardım edəcək və onlarıın bizim cəmiyyətdə bir gey kimi yaşamağın necə olduğu haqqında səmimi fikirlərindən bəhs edən müsahibələr seriyasını sizə təqdim edirik.

1) Nə vaxt hiss etdin ki sən LGBT nümayəndəsisən?

11 yaşım olanda tədricən hiss elədim. O vaxtı bir qıza vuruldum, özüm də özümə inana bilmirdim. Niyə mənim belə fərqli hiss etdiyim haqqında düşünürdüm. Sonradan isə yavaş-yavaş anladım ki mən lezbiyanam

 

2) Belə olduğunu hər kəsə bəyan eləmisən, yoxsa müəyyən insanlar var ki, yalnız onlar bilir?

Müəyyən insanlar vardır ki yalnız onlar bilir..Mən bu barədə diqqətliyəm. Baxıram qarşımdakını tanıyıramsa ona açıqlayıram. Anlaya bilməyəcəyini duyduğum insana heç nə demirəm. Onsuz da başa düşməyəcək.

 

3) Sənin bu haqda kiməsə danışmağın münasibətlərinizə mənfi təsir göstərə bilərmi (ailə, dostlar, qohumlar və s.)?

Ümumiyyətlə insanlara demək istərdim ki bizi heç vaxt dəyişməyə cəhd etməsinlər. Məni çox dəyişdimək istəyiblər amma heç bir faydası olmayıb onlar üçün. Məncə kimisə dəyişdirmək düşüncəsi belə yanlışdır.

 

4) Dinə inanırsan?

Dini inancim, aqnostikəm..axtarişli aqnostik..heleki tədqiq edirem..

5) Gey insanlar haqqında hansı anlaşılmazlıq vardır ki insanların bilməsini istəyərdin?

Bakida gay olmaq..bir az düşündürücü sual oldu  Bizim cemiyyet homoseksuallari anlamaq üçün tam formalaşmayib..bele insanlar da varki, adi oqlan sirqa taxib ve ona gay damqasi vururlar..Umumiyyetle, bizim cemiyyet homoseksuallar haqqinda yalnish duşunur..ele bilirler ki, homolar sexden bashqa hec ne dusunmur..Elələri varki biznes pul meqsedile homo olmaqi secir ve butun gunu seks. Əslində normal düşünən və yaşayan homoların da adı bunlara görə pis çıxır və bizim cəmiyyət anlamağa çətinlik çəkir.

6) Nə vaxtsa ailənin olmasını istəyirsən?

Ancaq sevdiyim qadinla ailə qurmaq istəyərəm.

7) Nə vaxtsa sevdiyin birisi olub?

Sevmişəm ve hal-hazirda da sevdiyim bir qadin var. Onunla özümü çox xoşbəxt hiss edirəm

8)Səncə gey evliliyi neytral insanlara təsir edir?

Normal qarşilayanlara heç bir pis təsiri yoxdur. Çünki onlar anlayırlar ki cəmiyyətdə onlar kimi kişi və qadın sevgisi ilə yanaşı homo sevgisi də var.

9) Səncə insanlar niyə homofobikdirlər?

Mən o insanlar kimi düşünə bilmədiyimdən bu suala cavab verməkdə çətinlik çəkirəm. Bunun adını mən yalnız cahillik və təcrübəsizlik qoyardım.

10) Yaşadığın vətənə aid bir məsləhətin varmı?

Məsləhətim odur ki cahil olmasınlar. Həyatda sərbəst olsunlar, öz hüquqlarını bilsinlər və əməl etsinlər. Digər insanların isə şəxsi həyatına qarışmasınlar,həyatlarını incələməsinlər. Başqaları nə deyər və nə fikirləşər deyib onlara görə yox, özləri üçün yaşasınlar.

ikinci müsahibə

AZAD lgbt

Bu bir seçim olsaydı biz də onlar kimi xoşbəxt olmağı seçərdik onların axmaq münasibətinə bir ömür dözmək məcburiyyətində də olmazdıq

Azərbaycanda yaşayan LGBT insanların başa düşülməsinə və qəbul edilməsinə yardım edəcək və onlarıın bizim cəmiyyətdə bir gey kimi yaşamağın necə olduğu haqqında səmimi fikirlərindən bəhs edən müsahibələr seriyasını sizə təqdim edirik.

 

Nə vaxt hiss etdin ki sən LGBT nümayəndəsisən?

Transgenderəm. Crossdress də demək olar. 15 yaşımda əminliyim var idi. Amma 17-18 yaşda özüm bununla mübarizə aparmaq və beynimdən çıxartmaq istədim. Doğurdan da xəstəlik kimi qəbul edirdim. Amma 20 yaşım tamam olanda anladım ki, özündən qaçmaqdansa, özünə dost olmaq daha yaxşı olar.

Belə olduğunu hər kəsə bəyan eləmisən, yoxsa müəyyən insanlar var ki, yalnız onlar bilir?

Bilən insanlar var. Amma çox az. Özüm belə hələ yenicə özümü qəbul etmişəm.

Sənin bu haqda kiməsə danışmağın münasibətlərinizə mənfi təsir göstərə bilərmi (ailə, dostlar, qohumlar və s.)?

Dostlarımla yox. Amma ailəmin və ətrafın biləcəyi halda neqativ münasibət göstərəcəyinə əminəm. Yəni bu mənim neqativ yanaşmam deyil, faktdır. Cəmiyyətin bu gün bu mövzuya olan münasibəti ortadadır. Həm də küçəyə çıxıbsə kim desən “homosexuallara münasibətin necədir?” heç homosexual sözünün mənasını bilməyəcək. Hətta homosapienslə səhv salanlar var. Yəni bir neçə ilə mənasını öyrənsələr, özlərini homofob adlandıracaqlar. İndi də belələri az deyil. Məlumatlanma olmasa, hər il aqressiya artacaq. Hələ nəzərə alsaq ki, bizim millət ruslara və türkiyə türklərinə uyğunlaşmağa çalışanlardan ibarətdir və həm Rusiya da, həm Türkiyə də homosexuallara qarşı aqressiya var, onda bu problemin çözümü heç də asand görünmür.

İnsanlar bunun bir seçim olduğunu fikirləşməyə məcbur edəndə necə hiss edirsən?

Seçim olsaydı biz də onlar kimi xoşbəxt olmağı seçərdik onların axmaq münasibətinə bir ömür dözmək məcburiyyətində də olmazdıq. İnsanlar özləri öyrəndikləri gündən hər şeyə ad qoymağa və mütləq normal, mütləq anormal deyə ayırmağa başlayıblar hər şeyi. Amma vaxt keçdi və dünya artıq bu streotipi qırdı. Azərbaycansa, dünya sayılmır. Azərbaycan post-modern dünyanın muzeyidir bu gün. Biz də eksponatlarıq. Burda yalnız binalar dəyişib. Bu binalarda qalanlarsa, illərdir tənqid olunan cahil və sivilizasiyadan kənarda qalmış xalqın nümayəndələridir.

Gey insanlar haqqında hansı anlaşılmazlıq vardır ki istəyərdin insanlar onu bilsinlər?

Ən birinci bunun elə seçim olmadığını və ümumiyyətlə bunun “səhv həyat” olması kimi absurd şeyləri anlamalıdırlar. Kimsə deyəndə ki, “homosexuallar səhv həyat yaşayırlar” adamı gülmək tutur. Yəni səhv və ya düz həyat var? Bu nə axmaqlıqdır? Mənim yatağımda gecə həmcinsimdir, əks cinsdəndir, heyvandır, yadplanetlidir bunun kimə nə dəxli? Mən bəyəm onları qrup sexə dəvət edirəm? Bəlkə məcbur edirəm ki, mənimlə yatsın? Mənim kiminlə yaşayacağımı, necə geyinəcəyimi müzakirə etməkdənsə, özlərini inkişaf etdirə bilməzlər? Bu barədə çox danışanda özümdən çıxıram.

Dinə inanırsan?

Yox. Nə dini, nə də dini inkar edən cərəyanları qəbul etmirəm. Hər hansı bir cərəyana üzv olmağı qəbul etmirəm. İstər siyasi, istər dini. Hər idealogiyanın xoşbəxtləri və bədbəxtləri var. Məncə adsız bir şey lazımdır ki, orda hamının istəyi olsun və hamı xoşbəxt ola bilsin.

 

Bakıda gey olmaq nə deməkdir? Bəs rayonlarda?

Əslində ölkə inkişaf və sivilizasiyadan o qədər daldadır ki, təkamülə kəllə vurmuş şəkildə geriyə doğru gedir. Ona görə paytaxtla regionlarda demək olar ki, eyni vəziyyətdir. Amma bu da faktdır ki, regionlarda gizli homosexuallar dəhşət çoxdur. Hətta nəinki homosexual, regionlarımızda nekrofillər, zoofillər, pedofillər belə var. Amma cəmiyyət arasında hamısı heterosexualdır. Çünki belə yaşamaq asanddır. Mərkəzə kənardan təzyiq var. Söhbət bayaq dediyim ətraf ölkələrdən gedir. Azərbaycan bu gün siyasi cəhətdən də, bilinmir mühafizəkardır ya qərb yönümlüdür. Hər şey alt-üstdür bu ölkədə.

Nə vaxtsa ailənin olmasını istəyirsən?

Bəlkə də, amma burdan uzaqda. Ölkədən getmək fikrim var. Çünki, həm işləmək istədiyim sahələr bu ölkədə inkişaf keçməyib, həm də sadaladığım problemlərə görə. Korrupsiya hallarına və homofobiyaya görə mən və ya digər homosexual nə qədər istedadlı aktyor, ssenarist, aparıcı, müğənni, həkim olsa da bu ölkə də istedadından başqa hər şeyinə baxacaqlar və kənarlaşdıracaqlar.

Nə vaxtsa sevdiyin birisi olub?

Yox, hələ ki, arzularımdakı adamla rastlaşmamışam. Sevgi qoymuyub ümumiyyətlə bu ölkə mən də. Hərdən çox deyindiyimin fərqinə varıb utanıram. Amma vallah bütün problemlərimin kökü bu ölkəyə bağlanır. Antraktidaya getməyə də hazıram. Məncə, orda pinqvinlərlə ünsiyyət qurmaq və onlara nəyisə başa salmaq bizim cəmiyyətə başa salmaqdan asand olar.

Səncə gey evliliyi neytral insanlara təsir edir?

İnsan birdən-birə çönüb homo ola bilməz. Ona görə də təsiri filan boş-boş şeylərdir. Hər kəsin istədiyi şəxslə nigahına haqqı var. Və bu heç kimi maraqlandırmalı deyil.

Səncə inanlar niyə homofobikdirlər?

Məlumatsızlıqdan. Həm də özləri kimi olmayanları qəbul edə bilmirlər. Amma ölsələr də qəbul edəcəklər nə vaxtsa. Biri ilə iki həftə ərzində sakit və anlaşılan dildə bu barədə danışsaz, o düşünə bilən adamdırsa, qəbul edəcək. Amma beyinsiz yaşayanlara bunu başa salmaq mümkünsüzdür.

Nə vaxtsa homofobiyaya olan nifrət səbəbindən cinayət qurbanı olmusan?

Yox hələ ki. Amma gələcəkdə ola bilərəm. Burda hər şey gözləmək olar. Bir manata görə hetero heteronu öldürür bu ölkədə, homosexualı öldürmək onlarçun yəqin problem olmaz. Bu gün də mənə olmasa da adını bilmədiyimiz bir çox homosexuallara qarşı nifrət cinayətləri törədilir. Təbii ki, kanallar göstərmir, polis maraqlanmır, qazetlər yazmır. Sanki belə də olmalıdır.

İnsanların sənin haqqında nə fikirləşmələri sənə təsir edir?

Vecsiz insanam. Daha doğrusu elə olmağa çalışıram neçə ildi və məncə pis alınmır. Həm də artıq yaşım az deyil. Hər hürən itə baş qoşmağa taqətim yoxdur. Amma haqqımı əzdirmərəm kiməsə. Bu ola bilməz heç vaxt.

Yaşadığın vətənə aid bir məsləhətin varmı?

Mənim vətənim yer kürəsidir. Azərbaycana qalanda, burda maariflənmə prosesi getməlidir özü də mütləq şəkildə. Tək LGBT insanların yox, ümumilikdə cəmiyyətin hüquqları pozulur, tapdalanır, çeynənilir. Cəmiyyətin reaksiyası isə sıfırdır buna. Cəmiyyət yalnız homosexuallıq məsələsində fikir bildirir. Çünki bilir ki, biz cavab verəcək həddə deyilik. Amma məsələ öz hüququna gələndə susur, çünki qorxur. Məncə amma biz hamımız bir olmalıyıq. Mənim də ürəyim getmir o əhaliylə əlbir olmağa, amma ayrı çarə yoxdur.

birnici müsahibə

AZAD lgbt

"Heteroseksuallar və valideynlər narahat olmasınlar. Homoseksuallıq yoluxucu xəstəlik deyil, bir homoseksualla dost olmaq sizi ölümə aparmaz, və bir insanla xoş rəftar etdiniz deyə Tanrı size cəhənnəmə yollamaz."

Azərbaycanda yaşayan LGBT insanların başa düşülməsinə və qəbul edilməsinə yardım edəcək və onlarıın bizim cəmiyyətdə bir gey kimi yaşamağın necə olduğu haqqında səmimi fikirlərindən bəhs edən müsahibələr seriyasını sizə təqdim edirik.

Nə vaxt hiss etdin ki sən geysən?

Yeniyetməlik dövründə, daha dəqiq desək insan şüurunun sadəcə cinsi əlaqəyə yönəldiyi dövrdə. Bəziləri üçün bu dövr hələ 6-7 yaşından başlayır bəziləri üçünsə daha gec. Mən isə 13 yaşımda anlamışam.

Sən belə olduğunu hər kəsə bəyan eləmisən, yoxsa müəyyən insanlar var ki, yalnız onlar bilir?

Xeyir, sadəcə özümə yaxın bildiyim insanlara demişəm ki onlar da 3 nəfərdirlər.

Sənin bu haqda kiməsə danışmağın münasibətlərinizə mənfi təsir göstərdimi (ailə, dostlar, qohumlar və s.)?

Heç bir şəkildə təsir etmədi. Bəlkə də bəxtim onda gətirmişdi ki ətrafımdakı bu insanlar anlayışlı və sağlam düşünə bilən insanlar idi.

İnsanlar bunun bir seçim olduğunu fikirləşməyə məcbur edəndə necə hiss edirsən?

Əslində çox fikir verməməyə çalışıram, çünkü bilirəm ki bizim insanlarımız haqqında heç bir şey bilmədikləri mövuzlar barədə danışmağı xoşlayırlar. Bu mütün məsələlərdə belədir. Odur ki onlara bunun seçim və yaxud da xəstəlik olmadığını başa salmağa çalışıram.

Gey insanlar haqqında hansı anlaşılmazlıq vardır ki istəyərdin insanlar onu bilsinlər?

Məncə homoseksuallıq haqqında maraqlanan hamıya məlumdur ki ən böyük səhv homoseksual olmağın fərdin özünün seçimi olmasını düşünməkdir. Bəzənsə insanlar düşünür ki  homoseksuallıq psixoloji problemdir və müalicə oluna bilər. Əksəriyyət insanlar isə bunun hormonoloji problem olduğunu düşünür. 

Dinə inanırsan?

Qatı dindar sayılmaram, amma bəli, Allaha inanıram, eləcə də onun yaratdığı bütün mövhumatı sevməsinə də inanıram.

Bakıda gey olmaq nə deməkdir? Bəs rayonlarda?

Gürcüstan və Rusiya ilə müqayisədə Bakıda homoseksuallar daha rahatdırlar, ən azından şəhərin mərkəzində rahatca gəzə bilirlər. Təbii ki bunu şəhərdən biraz kənara və rayonlara aid etmək olmaz. Lakin nəzərə almaq lazımdır ki orada insanlar nəyin ki homoseksuallara hətta normal insanlara belə sataşırlar.

Nə vaxtsa ailənin olmasını istəyirsən?

Bəli, sevdiyim insanla evlənib ailə qurmaq və uşaq övladliğa götürmək istəyərdim

Nə vaxtsa sevdiyin birisi olub?

Bəli, artıq bir ilə yaxındır ki sevdiyim bir insanla münasibətim var.

Səncə gey evliliyi neytral insanlara təsir edir?

Qətiyyətlə xeyir. Bir insan nədirsə odur. Yəni əgər fərd heterosexual kimi dünyaya gəlibsə onu dəyişməyin ona təsir etməyin mümkünsüz olduğunu hesab edirəm. Amma insan sadəcə maskalanırsa, yəni gizlənirsə, onda ən kiçik bir təsir nəticəsində daxilində gizlətdiyi hisslər üzə çıxa bilər.

Səncə inanlar niyə homofobikdirlər?

Homoseksuallıq haqqında heç bir məlumata sahib olmadıqları üçün ola bilər ya da özləri homoseksual olduqları üçün.  

Nə vaxtsa homofobiyaya olan nifrət səbəbindən cinayət qurbanı olmusan?

Xeyir.

İnsanların sənin haqqında nə fikirləşmələri sənə təsir edir?

Bunu belə cavablandırım. Əgər bir insan daxilən özünün kim olduğunu bilir və buna əminlik duyursa o zman həmin insane üçün ətrafdakı insanların onun haqqında nə deməsi maraqlı olmaz. Amma öz daxili rtahatlığını tapa bilməyən və daima ətrafdakı insanların təsdiqini istəyən şəxslər kənar fikirlərə çox fikir verməklə yanaşı bütün həyatını bu fikirlərə əsasən formalaşdırar. 

Düşünürəm ki , mən az da olsa daxili harmoniyamı yaratmışam və bu da mənim ətrafdakı insanların haqqımda dediklərinə qulaq asmamağıma eşitsəm belə fikir verməməyimə kömək edir.

Sənin yaşadığın vətənə aid bir məsləhətin varmı?

Ilkin növbədə homoseksual, biseksual, transseksuallara demək istəyirəm ki əgər özlərinə qarşı hörmət tələb edirlərsə əlləri ayaqları tutduğu müddətcə, iş qabilliyyətləri olduğu müddətcə özlərini pula sataraq asand pul qazanmağı üstün tutmasınlar. İkinci növbədə isə gecə fəvvarələr meydanında gəzərkən minimal ədəb qaydalarına riayət etsinlər ( söhbət gecə saat 3-4 də orada qışqırbağır salanlardan gedir)

Heteroseksuallar, valideynlər isə narahat olmasınlar. Homoseksuallıq yoluxucu xəstəlik deyil, bir homoseksualla dost olmaq sizi ölümə aparmaz, və bir insanla xoş rəftar etdiniz deyə Tanrı size cəhənnəmə yollamaz. Əgər özladlarınız üçün çəkinirsinizsə o zaman bir şeyi öz özünüzə soruşun. Hansı övladım üçün faydalı olar? Tanımadığı, bilmədiyi haqqında araşdırmadığı insanlara nifrət etməyi öyrənmək yoxsa insanları olduğu kimi qəbul etməyi bacarmaq? Amma unutmasınlar ki nifrət yaşadığımız dünyanı cəhənnəmə cevirməkdən başqa bir işə yaramayacaq. Lakin insaları sevmək və qəbul etmək dünyada harmoniya yarada və daha səmimi cəmiyyətin yaranmasına kömək edə bilər.