Contact Us

Use the form on the right to contact us.

You can edit the text in this area, and change where the contact form on the right submits to, by entering edit mode using the modes on the bottom right. 

           

123 Street Avenue, City Town, 99999

(123) 555-6789

email@address.com

 

You can set your address, phone number, email and site description in the settings tab.
Link to read me page with more information.

Interviews

Anonymous interviews with Azerbaijan's LGBT community. This project gives people a safe space to share their stories, learn more about daily life in Azerbaijan, and connect. If you're interested in participating please write us at freelgbtaz@gmail.com

birnici müsahibə

AZAD lgbt

"Heteroseksuallar və valideynlər narahat olmasınlar. Homoseksuallıq yoluxucu xəstəlik deyil, bir homoseksualla dost olmaq sizi ölümə aparmaz, və bir insanla xoş rəftar etdiniz deyə Tanrı size cəhənnəmə yollamaz."

Azərbaycanda yaşayan LGBT insanların başa düşülməsinə və qəbul edilməsinə yardım edəcək və onlarıın bizim cəmiyyətdə bir gey kimi yaşamağın necə olduğu haqqında səmimi fikirlərindən bəhs edən müsahibələr seriyasını sizə təqdim edirik.

Nə vaxt hiss etdin ki sən geysən?

Yeniyetməlik dövründə, daha dəqiq desək insan şüurunun sadəcə cinsi əlaqəyə yönəldiyi dövrdə. Bəziləri üçün bu dövr hələ 6-7 yaşından başlayır bəziləri üçünsə daha gec. Mən isə 13 yaşımda anlamışam.

Sən belə olduğunu hər kəsə bəyan eləmisən, yoxsa müəyyən insanlar var ki, yalnız onlar bilir?

Xeyir, sadəcə özümə yaxın bildiyim insanlara demişəm ki onlar da 3 nəfərdirlər.

Sənin bu haqda kiməsə danışmağın münasibətlərinizə mənfi təsir göstərdimi (ailə, dostlar, qohumlar və s.)?

Heç bir şəkildə təsir etmədi. Bəlkə də bəxtim onda gətirmişdi ki ətrafımdakı bu insanlar anlayışlı və sağlam düşünə bilən insanlar idi.

İnsanlar bunun bir seçim olduğunu fikirləşməyə məcbur edəndə necə hiss edirsən?

Əslində çox fikir verməməyə çalışıram, çünkü bilirəm ki bizim insanlarımız haqqında heç bir şey bilmədikləri mövuzlar barədə danışmağı xoşlayırlar. Bu mütün məsələlərdə belədir. Odur ki onlara bunun seçim və yaxud da xəstəlik olmadığını başa salmağa çalışıram.

Gey insanlar haqqında hansı anlaşılmazlıq vardır ki istəyərdin insanlar onu bilsinlər?

Məncə homoseksuallıq haqqında maraqlanan hamıya məlumdur ki ən böyük səhv homoseksual olmağın fərdin özünün seçimi olmasını düşünməkdir. Bəzənsə insanlar düşünür ki  homoseksuallıq psixoloji problemdir və müalicə oluna bilər. Əksəriyyət insanlar isə bunun hormonoloji problem olduğunu düşünür. 

Dinə inanırsan?

Qatı dindar sayılmaram, amma bəli, Allaha inanıram, eləcə də onun yaratdığı bütün mövhumatı sevməsinə də inanıram.

Bakıda gey olmaq nə deməkdir? Bəs rayonlarda?

Gürcüstan və Rusiya ilə müqayisədə Bakıda homoseksuallar daha rahatdırlar, ən azından şəhərin mərkəzində rahatca gəzə bilirlər. Təbii ki bunu şəhərdən biraz kənara və rayonlara aid etmək olmaz. Lakin nəzərə almaq lazımdır ki orada insanlar nəyin ki homoseksuallara hətta normal insanlara belə sataşırlar.

Nə vaxtsa ailənin olmasını istəyirsən?

Bəli, sevdiyim insanla evlənib ailə qurmaq və uşaq övladliğa götürmək istəyərdim

Nə vaxtsa sevdiyin birisi olub?

Bəli, artıq bir ilə yaxındır ki sevdiyim bir insanla münasibətim var.

Səncə gey evliliyi neytral insanlara təsir edir?

Qətiyyətlə xeyir. Bir insan nədirsə odur. Yəni əgər fərd heterosexual kimi dünyaya gəlibsə onu dəyişməyin ona təsir etməyin mümkünsüz olduğunu hesab edirəm. Amma insan sadəcə maskalanırsa, yəni gizlənirsə, onda ən kiçik bir təsir nəticəsində daxilində gizlətdiyi hisslər üzə çıxa bilər.

Səncə inanlar niyə homofobikdirlər?

Homoseksuallıq haqqında heç bir məlumata sahib olmadıqları üçün ola bilər ya da özləri homoseksual olduqları üçün.  

Nə vaxtsa homofobiyaya olan nifrət səbəbindən cinayət qurbanı olmusan?

Xeyir.

İnsanların sənin haqqında nə fikirləşmələri sənə təsir edir?

Bunu belə cavablandırım. Əgər bir insan daxilən özünün kim olduğunu bilir və buna əminlik duyursa o zman həmin insane üçün ətrafdakı insanların onun haqqında nə deməsi maraqlı olmaz. Amma öz daxili rtahatlığını tapa bilməyən və daima ətrafdakı insanların təsdiqini istəyən şəxslər kənar fikirlərə çox fikir verməklə yanaşı bütün həyatını bu fikirlərə əsasən formalaşdırar. 

Düşünürəm ki , mən az da olsa daxili harmoniyamı yaratmışam və bu da mənim ətrafdakı insanların haqqımda dediklərinə qulaq asmamağıma eşitsəm belə fikir verməməyimə kömək edir.

Sənin yaşadığın vətənə aid bir məsləhətin varmı?

Ilkin növbədə homoseksual, biseksual, transseksuallara demək istəyirəm ki əgər özlərinə qarşı hörmət tələb edirlərsə əlləri ayaqları tutduğu müddətcə, iş qabilliyyətləri olduğu müddətcə özlərini pula sataraq asand pul qazanmağı üstün tutmasınlar. İkinci növbədə isə gecə fəvvarələr meydanında gəzərkən minimal ədəb qaydalarına riayət etsinlər ( söhbət gecə saat 3-4 də orada qışqırbağır salanlardan gedir)

Heteroseksuallar, valideynlər isə narahat olmasınlar. Homoseksuallıq yoluxucu xəstəlik deyil, bir homoseksualla dost olmaq sizi ölümə aparmaz, və bir insanla xoş rəftar etdiniz deyə Tanrı size cəhənnəmə yollamaz. Əgər özladlarınız üçün çəkinirsinizsə o zaman bir şeyi öz özünüzə soruşun. Hansı övladım üçün faydalı olar? Tanımadığı, bilmədiyi haqqında araşdırmadığı insanlara nifrət etməyi öyrənmək yoxsa insanları olduğu kimi qəbul etməyi bacarmaq? Amma unutmasınlar ki nifrət yaşadığımız dünyanı cəhənnəmə cevirməkdən başqa bir işə yaramayacaq. Lakin insaları sevmək və qəbul etmək dünyada harmoniya yarada və daha səmimi cəmiyyətin yaranmasına kömək edə bilər.