Contact Us

Use the form on the right to contact us.

You can edit the text in this area, and change where the contact form on the right submits to, by entering edit mode using the modes on the bottom right. 

           

123 Street Avenue, City Town, 99999

(123) 555-6789

email@address.com

 

You can set your address, phone number, email and site description in the settings tab.
Link to read me page with more information.

Interviews

Anonymous interviews with Azerbaijan's LGBT community. This project gives people a safe space to share their stories, learn more about daily life in Azerbaijan, and connect. If you're interested in participating please write us at freelgbtaz@gmail.com

müsahibə iki

AZAD lgbt

Bu bir seçim olsaydı biz də onlar kimi xoşbəxt olmağı seçərdik onların axmaq münasibətinə bir ömür dözmək məcburiyyətində də olmazdıq

Azərbaycanda yaşayan LGBT insanların başa düşülməsinə və qəbul edilməsinə yardım edəcək və onlarıın bizim cəmiyyətdə bir gey kimi yaşamağın necə olduğu haqqında səmimi fikirlərindən bəhs edən müsahibələr seriyasını sizə təqdim edirik.

 

Nə vaxt hiss etdin ki sən LGBT nümayəndəsisən?

Transgenderəm. Crossdress də demək olar. 15 yaşımda əminliyim var idi. Amma 17-18 yaşda özüm bununla mübarizə aparmaq və beynimdən çıxartmaq istədim. Doğurdan da xəstəlik kimi qəbul edirdim. Amma 20 yaşım tamam olanda anladım ki, özündən qaçmaqdansa, özünə dost olmaq daha yaxşı olar.

Belə olduğunu hər kəsə bəyan eləmisən, yoxsa müəyyən insanlar var ki, yalnız onlar bilir?

Bilən insanlar var. Amma çox az. Özüm belə hələ yenicə özümü qəbul etmişəm.

Sənin bu haqda kiməsə danışmağın münasibətlərinizə mənfi təsir göstərə bilərmi (ailə, dostlar, qohumlar və s.)?

Dostlarımla yox. Amma ailəmin və ətrafın biləcəyi halda neqativ münasibət göstərəcəyinə əminəm. Yəni bu mənim neqativ yanaşmam deyil, faktdır. Cəmiyyətin bu gün bu mövzuya olan münasibəti ortadadır. Həm də küçəyə çıxıbsə kim desən “homosexuallara münasibətin necədir?” heç homosexual sözünün mənasını bilməyəcək. Hətta homosapienslə səhv salanlar var. Yəni bir neçə ilə mənasını öyrənsələr, özlərini homofob adlandıracaqlar. İndi də belələri az deyil. Məlumatlanma olmasa, hər il aqressiya artacaq. Hələ nəzərə alsaq ki, bizim millət ruslara və türkiyə türklərinə uyğunlaşmağa çalışanlardan ibarətdir və həm Rusiya da, həm Türkiyə də homosexuallara qarşı aqressiya var, onda bu problemin çözümü heç də asand görünmür.

İnsanlar bunun bir seçim olduğunu fikirləşməyə məcbur edəndə necə hiss edirsən?

Seçim olsaydı biz də onlar kimi xoşbəxt olmağı seçərdik onların axmaq münasibətinə bir ömür dözmək məcburiyyətində də olmazdıq. İnsanlar özləri öyrəndikləri gündən hər şeyə ad qoymağa və mütləq normal, mütləq anormal deyə ayırmağa başlayıblar hər şeyi. Amma vaxt keçdi və dünya artıq bu streotipi qırdı. Azərbaycansa, dünya sayılmır. Azərbaycan post-modern dünyanın muzeyidir bu gün. Biz də eksponatlarıq. Burda yalnız binalar dəyişib. Bu binalarda qalanlarsa, illərdir tənqid olunan cahil və sivilizasiyadan kənarda qalmış xalqın nümayəndələridir.

Gey insanlar haqqında hansı anlaşılmazlıq vardır ki istəyərdin insanlar onu bilsinlər?

Ən birinci bunun elə seçim olmadığını və ümumiyyətlə bunun “səhv həyat” olması kimi absurd şeyləri anlamalıdırlar. Kimsə deyəndə ki, “homosexuallar səhv həyat yaşayırlar” adamı gülmək tutur. Yəni səhv və ya düz həyat var? Bu nə axmaqlıqdır? Mənim yatağımda gecə həmcinsimdir, əks cinsdəndir, heyvandır, yadplanetlidir bunun kimə nə dəxli? Mən bəyəm onları qrup sexə dəvət edirəm? Bəlkə məcbur edirəm ki, mənimlə yatsın? Mənim kiminlə yaşayacağımı, necə geyinəcəyimi müzakirə etməkdənsə, özlərini inkişaf etdirə bilməzlər? Bu barədə çox danışanda özümdən çıxıram.

Dinə inanırsan?

Yox. Nə dini, nə də dini inkar edən cərəyanları qəbul etmirəm. Hər hansı bir cərəyana üzv olmağı qəbul etmirəm. İstər siyasi, istər dini. Hər idealogiyanın xoşbəxtləri və bədbəxtləri var. Məncə adsız bir şey lazımdır ki, orda hamının istəyi olsun və hamı xoşbəxt ola bilsin.

 

Bakıda gey olmaq nə deməkdir? Bəs rayonlarda?

Əslində ölkə inkişaf və sivilizasiyadan o qədər daldadır ki, təkamülə kəllə vurmuş şəkildə geriyə doğru gedir. Ona görə paytaxtla regionlarda demək olar ki, eyni vəziyyətdir. Amma bu da faktdır ki, regionlarda gizli homosexuallar dəhşət çoxdur. Hətta nəinki homosexual, regionlarımızda nekrofillər, zoofillər, pedofillər belə var. Amma cəmiyyət arasında hamısı heterosexualdır. Çünki belə yaşamaq asanddır. Mərkəzə kənardan təzyiq var. Söhbət bayaq dediyim ətraf ölkələrdən gedir. Azərbaycan bu gün siyasi cəhətdən də, bilinmir mühafizəkardır ya qərb yönümlüdür. Hər şey alt-üstdür bu ölkədə.

Nə vaxtsa ailənin olmasını istəyirsən?

Bəlkə də, amma burdan uzaqda. Ölkədən getmək fikrim var. Çünki, həm işləmək istədiyim sahələr bu ölkədə inkişaf keçməyib, həm də sadaladığım problemlərə görə. Korrupsiya hallarına və homofobiyaya görə mən və ya digər homosexual nə qədər istedadlı aktyor, ssenarist, aparıcı, müğənni, həkim olsa da bu ölkə də istedadından başqa hər şeyinə baxacaqlar və kənarlaşdıracaqlar.

Nə vaxtsa sevdiyin birisi olub?

Yox, hələ ki, arzularımdakı adamla rastlaşmamışam. Sevgi qoymuyub ümumiyyətlə bu ölkə mən də. Hərdən çox deyindiyimin fərqinə varıb utanıram. Amma vallah bütün problemlərimin kökü bu ölkəyə bağlanır. Antraktidaya getməyə də hazıram. Məncə, orda pinqvinlərlə ünsiyyət qurmaq və onlara nəyisə başa salmaq bizim cəmiyyətə başa salmaqdan asand olar.

Səncə gey evliliyi neytral insanlara təsir edir?

İnsan birdən-birə çönüb homo ola bilməz. Ona görə də təsiri filan boş-boş şeylərdir. Hər kəsin istədiyi şəxslə nigahına haqqı var. Və bu heç kimi maraqlandırmalı deyil.

Səncə inanlar niyə homofobikdirlər?

Məlumatsızlıqdan. Həm də özləri kimi olmayanları qəbul edə bilmirlər. Amma ölsələr də qəbul edəcəklər nə vaxtsa. Biri ilə iki həftə ərzində sakit və anlaşılan dildə bu barədə danışsaz, o düşünə bilən adamdırsa, qəbul edəcək. Amma beyinsiz yaşayanlara bunu başa salmaq mümkünsüzdür.

Nə vaxtsa homofobiyaya olan nifrət səbəbindən cinayət qurbanı olmusan?

Yox hələ ki. Amma gələcəkdə ola bilərəm. Burda hər şey gözləmək olar. Bir manata görə hetero heteronu öldürür bu ölkədə, homosexualı öldürmək onlarçun yəqin problem olmaz. Bu gün də mənə olmasa da adını bilmədiyimiz bir çox homosexuallara qarşı nifrət cinayətləri törədilir. Təbii ki, kanallar göstərmir, polis maraqlanmır, qazetlər yazmır. Sanki belə də olmalıdır.

İnsanların sənin haqqında nə fikirləşmələri sənə təsir edir?

Vecsiz insanam. Daha doğrusu elə olmağa çalışıram neçə ildi və məncə pis alınmır. Həm də artıq yaşım az deyil. Hər hürən itə baş qoşmağa taqətim yoxdur. Amma haqqımı əzdirmərəm kiməsə. Bu ola bilməz heç vaxt.

Yaşadığın vətənə aid bir məsləhətin varmı?

Mənim vətənim yer kürəsidir. Azərbaycana qalanda, burda maariflənmə prosesi getməlidir özü də mütləq şəkildə. Tək LGBT insanların yox, ümumilikdə cəmiyyətin hüquqları pozulur, tapdalanır, çeynənilir. Cəmiyyətin reaksiyası isə sıfırdır buna. Cəmiyyət yalnız homosexuallıq məsələsində fikir bildirir. Çünki bilir ki, biz cavab verəcək həddə deyilik. Amma məsələ öz hüququna gələndə susur, çünki qorxur. Məncə amma biz hamımız bir olmalıyıq. Mənim də ürəyim getmir o əhaliylə əlbir olmağa, amma ayrı çarə yoxdur.